“Əvvəllər Doğuş bəyi çox qısqanırdım. Sonradan bildim ki, qısqanclıq ailədə problemlər yaradır”.
Busaat.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Baxşəliyeva deyib.
O, illər öncə ailəsində yaranan problemlərdən də söz salıb:
“Qısqanclıq həcmində olmalıdır. Telefonu yerə qoyan kimi, gecə saat 2-də götürüb başlayırdım baxmağa.Mənim telefonum onsuz da ortada idi. O telefonu kənara qoyurdu, mən də ona görə o yatandan sonra durub, telefonuna baxırdım”.
“Biz bütün sosial şəbəkələrdəki şifrələrimizi bilirdik. Fanatları ona yazırdı, mən də çox əsəb keçirirdim. Axırı gördüm ki, bu əsəb məni məhv edəcək, buna görə də sildim. İndi telefon günlərlə orada qala, baxmaram. O qısqanclıq çox pis idi, qısqanclıq böyük bir xəstəlikdir”, – deyə o əlavə edib.