Xumar Qədimovadan atası ilə bağlı PAYLAŞIM – FOTO

image-1688363885_1688363450_1572676610_llllllllllllllllllllbackend

Əməkdar artist Xumar Qədimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Busaat.az xəbər verir ki, sənətçi şəxsi instarqam hesabında atası İttifaq Qədimovun fotosunu paylaşaraq onu 2 iyul Polislər günü münasibətilə təbrik edib:

“Yaraşıqlı atam, bu gün polis günüdür. Polis peşəsini bizə sən sevdirdin. Atam kimi dəyərli, ədalətli, vicdanlı polislərin peşə bayramı mübarək olsun! Bizim polisimiz bizi qoruyur!”.

Məlumat üçün bildirək ki, Xumar Qədimova qardaşını və atasını vaxtsız itirib. Lakin heç vaxt onların məzarı üstünə getməyib. Bu haqda müsahibələrinin birində deyib. 2021-ci ilin yanvarında isə sənətçinin anası dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki