Xüsusi təyinatlılar paraşüt tullanışları icra ediblər – VİDEO

image-1700726765_fee6e6b9af5da38dc792ec86daf39ed2backend

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.

Bu barədə Busaat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.

Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.

Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki