YAP-ın qurultayında Gənclər Təşkilatına yeni sədr seçiləcəkmi? –FOTO

image-1614674963_1614370304_qoroskopbackend

Məlumat vermişdik ki, Yeni Azərbaycan Partiyası qurultaya hazırlaşır. Təbii ki, qurultayda bir çox problemlərə toxunulacaq, yenilənmə və kadr islahatları qaçılmaz olacaq. 

YAP-ın 40 faizdən çoxunu isə gənclər təşkil edir. Bu isə partiyada gənclər təşkilatının fəaliyyətinin daha qabarıq olmasını labüd edir.

Busaat.az xəbər verir ki, hakim partiyanın gənclər təşkilatı mövcuddur. Gənclər Birliyinin 15 nəfərlik İdarə Heyətinin sədri isə hələ də Seymur Orucovdur.

Hər halda bütün bu məlumatlar Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsində qeyd olunub. 

YAP Gənclər Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov isə ötən ildən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısıdır. Seymur Orucov Ağstafaya başçı gedəndən sonra YAP-ın gənclər təşkilatı başsız qalıb.

Daha doğrusu, Seymurun əvəzinə gənclər hərəkatını tənzimləyə biləcək başqa YAP üzvü təyin olunmayıb. Partiyanın gənclərinə Ağstafa rayon icra başçısı rəhbərlik edəndə təşkilat müəyyən qədər fəal idi.
Belə ki, onlar müxtəlif səpkili tədbirlərlə gəncləri vahid ideologiya ətrafında toplaya bilirdi. Təbii ki, gənclik həm də hərəkət deməkdir.

Təəssüf ki, YAP gənclərinin o zamankı sosial media fəallığı hazırda nəzərə çarpmır.

Pandemiya başlayandan bu yana, sanki sözügedən partiyanın gənclər təşkilatı izolə olunub, karantinə alınıb. Koronavirusla bağlı heç bir stimulverici, qoruyucu layihə reallaşdırmadılar, yaxud yaddaqalan heç nə etmədilər.

Bütün təşkilatlarda könüllülük hərəkatı gedərkən, YAP gəncləri bunu göz önünə gətirə bilmədilər.

Bu, indi YAP-ın internet səhifəsində son illərin fəaliyyətinə nəzər salanda açıq-aydın hiss olunur. Heç nə dəyişmir, heç bir fəaliyyət gözə dəymir.
44 günlük savaş dövründə də xalq-iqtidar birliyi ən pik həddini yaşayırdı və intellekt səviyyəsindən asılı olmayaraq hamı internet üzərindən Azərbaycana böhtan atmaq, şərləmək istəyən ermənilərin ağzını yumurdu.

Bu işdə müxtəlif siyasi partiyaların üzvləri, politoloq, jurnalist və digər sahəni əhatə edənlər, hətta karantindən dolayı çalışmayan vətəndaşlar da fəal idi.

YAP-ın Gənclər Birliyini həmin günlər də tərpədə bilmədi, fəallığının əvvəlki olimpi əlçatmaz olaraq qaldı.  

Onların bu ölgünlüyünü vaxtı ilə aktiv olan YAP gənclərinin hazırda icra başçısı, millət vəkili və başqa qurumlarda post tutmaqları ilə də bağlamaq olar. İnsanlar arasında fikir formalaşır ki, “həmin adamlar fəallıq etdilər və müəyyən vəzifə amallarına çatdılar. İndi YAP gənclərinin passivliyi ilə maraqlanmırlar”.
Hardasa məntiq var, amma deputatın fəaliyyət dairəsinin geniş olduğunu da nəzərə alaq. Biz hələ icra başçısının qarşısında duran irimiqyaslı işlərdən danışmırıq.

Problem odur ki, YAP Gənclər Birliyinin işi indi gözə görünmür. Partiynın qurultayında bu məsələnin də gündəmə gətirilməsi vacibdir.

Qurultay YAP-da islahatlar və yenilənmlər aparacaqsa, bu məhz gənc zümrənin özündən başlamalıdır ki, ardıcıllıq pozulmasın. 

Çünki Prezident İlham Əliyevin apardığı davamlı və ardıcıl fəaliyyətin xüsusiyyəti də bunu tələb edir. Bizim.media

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90