Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 091 $▼1.66%
  • Ethereum1 905 $▼1.15%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Yeni medal təsis edilir, qızıl sikkələr buraxılır

image-1658404476_ilham-aliyev-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.

Busaat.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq. Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.

 

Bundan əlavə, plana əsasən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları da buraxılacaq. Poçt markaları və xatirə nişanları 2023-cü ilin mart-may aylarında təsis olunacaq. Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası, Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Həmçinin, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələri hazırlanacaq. Sikkələr 2023-cü ilin fevral-may aylarında buraxılacaq. Bu sahədə icraçı qurumlar Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92148