Yeni müharibə başlaya bilər – Yanvarın 20-nə qədər…

Yeni müharibə başlaya bilər – Yanvarın 20-nə qədər…backend
İranın nüvə alimi Möhsün Fəxrizadənin sui-qəsdlə öldürülməsindən sonra İsrail-İran və ABŞ-İran gərginlliyi daha da artırıb.
Bəs, bu gərginlik müharibəyə səbəb ola bilərmi?
Məsələ ilə bağlı  açıqlama verən politoloq Zaur Məmmədov adı çəkilən ölkələrin arasında gərginliyin pik həddə olduğunu bildirib:
“ABŞ Prezidenti Donald Trampın hakimiyyətdən getməsinə bir ay qalıb. İran ətrafında ABŞ hərb gücünün daha çox görünməsinin şahidiyik. D.Tramp yanvarın 20-nə qədər İranla bağlı hansısa sərt addımlar atmağa hazırlşır. Düşünürəm ki, D.Trampın kürəkəninin İsrailə səfəri də bununla bağlıdır. Əslində İrana qarşı hərbi və siyasi təzyiqlər D.Trampın növbəti hakimiyyəti dönəminə hesblanmışdı, lakin onun seçkilərdə məğlubiyyəti hadisələrin gedişatını sürətləndirdi. Önümüzdəki günlərdə ABŞ ilə İsrailin İrana qarşı birləşməsinin şahidi ola bilərik”.
(redaktor.az)
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90