
Yeni transferi “Qarabağ”ın düşərgəsinə gəldi
Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu “Qarabağ”la müqavilə bağlamağa hazırlaşır.
Qol.az-ın əldə etdiyi xəbərə görə, 23 yaşlı qanalı hücumçu hazırda Avstriyada təlim-məşq toplanışında Ağdam komandasının düşərgəsinə qatılıb. Lakin hələlik tərəflər münasibətləri rəsmiləşdirməyiblər. Onunla yaxın günlərdə 4 illik müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, Abdul-Aziz Yakubu ötən mövsümü icarə əsasında “Eştoril”də (Portuqaliya) keçirib.























