Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Yol hərəkətinin təşkilinin texniki vasitələrinə dair dövlət standartı qəbul edildi

image-1702299096_ypx
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları” yeni dövlət standartı qəbul edilib.

Busaat.az Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbərinə görə, bu standart Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, müasir innovativ metodları tətbiq etmək, ölkədə “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə və təbliğat işini təkmilləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlənib hazırlanıb.

Standart layihəsi bir sıra dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, həmçinin universitetlərin nümayəndələrinin iştirak etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 43) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130384