“Yolun bağlanması səbəbilə Xankəndidə yanacaq qıtlığının yaranmasına səbəb sülhməramlılardır”.
Bunu Laçın dəhlizində davam edən aksiyanın yaxın perspektivdə baş verəcək nəticələri ilə bağlı aksiyanın müşahidəçisi politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, hazırda müsbət yöndə addım atılmayıb: “Sülhməramlıların komandanı Volkovun etirazçıların qarşısına çıxacağı ilə bağlı hər hansı mesaj yoxdur. Volkov etirazçıların yerləşdiyi əraziyə gələnə qədər aksiya davam edəcək. Sülhməramlılar ekoloji monitorinq missiyasının fəaliyyətinə maneə yaratmaqdan imtina edərsə aksiya sonlanacaq. Azərbaycan vətəndaşları beynəlxalq miqyasda qəbul olunan ərazilərdə haqq səsini ucaldır”.
Politoloq dünya mətbuatında yayılan fikirlərin yanlış olduğunu qeyd edib: “Yolu bağlayan etirazçılar yox, rus sülhməramlılarıdır. Xankəndidəki ermənilərin təşvişə düşməsinə heç bir səbəb yoxdur. Azərbaycan Respublikası Xankəndi ermənilərinə kömək etməyə hazır olduğu barədə rəsmi məlumat yayıb. Aksiyaçıların tələbi yerinə yetirilənə qədər proses davam edəcək”.
Ələsgər
Busaat.az