İntuisiyası güclü olan 6 bürc: Onları aldatmaq mümkün deyil

image-88be3492-d0cb-4b61-ac7b-1e3466d5d5efbackend

“Park Cinema”da “Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçirilib. Layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə maliyyələşən və “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası”, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliklərinin həyata keçirdiyi “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi çərçivəsində baş tutub.

Təqdimatda şəhid ailələri, qazilər, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, YAŞAT fondu, ASAN xidmətin əməkdaşları, tələbələr və jurnalistlər iştirak ediblər.

Layihənin əsas məqsədi olan müharibə iştirakçılarının maarifləndirilməsi, dövlətin hərbçilərə, qazi və şəhid ailələrinə diqqəti sənədli filmin əsas xəttini təşkil edib.

Filmdə bir neçə dövlət qurumunun məsul şəxslərinin təqdim etdiyi statistikalar, təhlillər təqdim edildi, ölkə rəhbərliyinin Vətən müharibəsi iştirakçıları üçün gördüyü işlər işıqlandırılıb.

Tədbirdə “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə, “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “20 yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə çıxış edərək bu tip layihələrin vacibliyi və aktuallığından söz açıblar.

Tədbir “ASAN Könüllüləri” təşkilatının mədəniyyət carçılarının çıxışı ilə yekunlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90