Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.41 $▼6.03%
  • WTI neft86.49 $▼5.28%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 138 $▲0.12%
  • Gümüş53.33 $▲0.40%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 973 $▼0.38%
  • Ethereum2 123 $▼0.42%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İdman

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı

image-b1qu6qkhz70sh5hdncpwbk8uzzrrmpnonwtvuqjz_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qurum Yay Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb.

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

Qeyd edək ki, İran yığması London-2012 Yay Olimpiya Oyunlarında Məhəmməd Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşi tarixində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb.

2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib.

O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178964