Məzmuna keç
  • Brent neft98.60 $▼1.06%
  • WTI neft90.98 $▼0.51%
  • Avropa qazı (TTF)88.63 €▼1.13%
  • Təbii qaz (ABŞ)3.010 $▲1.83%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş52.05 $▲0.97%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda590.25 ¢▼0.84%
  • Bitcoin76 022 $▲0.07%
  • Ethereum2 240 $▲0.21%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Yunanıstandan xəbərdarlıq: “Türkiyə ilə müharibəyə doğru gedirik”

image-1200x627-kustah-aciklama-turkleri-yerle-bir-ederiz-1545258535746
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə ilə Yunanıstan arasında gərginlik son bir neçə aydır davam edir. Hər iki ölkədə 2023-cü ildə seçkilər keçiriləcək. Seçkilərdən əvvəl iki ölkə arasında diplomatik krizlərin davam etdiyi bir vaxtda Yunanıstanın aparıcı simalarından biri diqqətçəkən açıqlamalar verib.

Busaat.az xəbər verir ki, Yunanıstanın keçmiş Müdafiə naziri Evangelos Apostolakis Türkiyə ilə Yunanıstan arasında davam edən gərginliklərlə bağlı açıqlamalar verib.

Yunanıstanın keçmiş Müdafiə naziri və fəxri Qərargah rəisi Evangelos Apostolakis iştirak etdiyi tədbirdə çıxış edib. İki ölkə arasında ən pis ssenariyə hazır olmağın lazım olduğunu və bu gərginliyin müharibəyə səbəb ola biləcəyini ifadə edən Apostolakis qeyd edib: “Yunan xalqı tarix boyu qarşılaşdığı çətinliklərə cavab verib. Hər kəs, dostlarımız və müxalifət müharibə riskini bilməlidir”.

Yunan adalarının kontinental şelfinin artırılmasının əhəmiyyətli bir taktika olacağını ifadə edən Apostolakis, “Yunanıstan sırf başqa ölkənin parlamenti qərar qəbul etdiyi üçün suverenliyini dəyişməyəcək. “Kiprdəki kontinental şelfin 12 milədək genişləndirilməsi böyük hüquqi cavab olardı” – deyə, keçmiş nazir əlavə edib. Apostolakis Türkiyə ilə danışıqlarda 12 mil məsələsinin hər zaman müzakirə edilməli olduğunu da vurğulayıb.

Yunanıstan rəsmisi Ankaraya səslənib: “Ankaradakılar bilməlidirlər ki, Afinada heç bir hökumət, heç bir partiya və heç kimin beynəlxalq qanunların verdiyi suveren hüquqlarından imtina etmək niyyəti yoxdur”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89786