Yunanıstan parlamenti səsvermənin üçüncü turunda prezident seçə bilməyib.
Busaat.az xəbər verir ki, bu barədə parlamentin spikeri Nikitas Kaklamanis məlumat verib.
“Heç bir namizəd reqlamentə uyğun olaraq seçki üçün tələb olunan səs çoxluğunu toplaya bilməyib”.
“Növbəti prezident seçkiləri beş gündən sonra, yəni fevralın 12-də saat 10:00-da keçiriləcək”, – RİA Novosti onun sözlərini sitat gətirir.