“Yuventus”un sahibi klubu satışa çıxarıb

image-andrea-anyellibackend

“Yuventus”un hüquqlarına sahib olan Aqnelli sahibkarlar ailəsi futbol klubunu satmaq qərarına gəlib və potensial alıcılar axtarmağa başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Il Giornale  məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda klubun satılması çətin addım hesab edilsə də, mümkünsüz deyil. Qeyd edilir ki, “Yuventus”un bazar dəyəri 800 milyon avro ilə 1,5 milyard avro arasında dəyişə bilər. Aqnelli ailəsi yüz illərdir “Yuventus”un sahibidir. 2022-ci ilin noyabrında Turin klubunun prezidenti Andrea Aqnelli maliyyə fırıldaqları ilə bağlı istintaq fonunda vəzifəsindən uzaqlaşdırıldı.

O, 2010-cu ildən kluba rəhbərlik edir.

Ötən mövsüm “Yuventus” 62 xalla A Seriyasının turnir cədvəlini 7-ci pillədə başa vurmuşdu. Maliyyə pozuntularına görə Turindən 10 xal çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki