Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.45 $▲0.86%
  • WTI neft89.10 $▲0.96%
  • Avropa qazı (TTF)90.51 €▼3.40%
  • Təbii qaz (ABŞ)3.240 $▼2.76%
  • Qızıl3 880 $▼0.94%
  • Gümüş48.94 $▼2.60%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda595.50 ¢▲0.72%
  • Bitcoin68 609 $▼3.87%
  • Ethereum1 928 $▼4.45%
  • S&P 5007 528▼0.84%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Zakir Qaralovu kabinetdə kim döymüşdü?

image-photo_178587
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sabiq Baş prokuror Zakir Qaralovun səhhəti ilə bağlı yaranmış ajiotaj davam edir.

Xatırladaq ki, Z.Qaralovun kəskin qaraciyər serrozundan əziyyət çəkdiyi, bu səbəbdən də müalicə olunmaq üçün Almaniyaya getmək istədiyi barədə məlumatlar yayılıb. “Tərtər işi”ylə bağlı keçmiş prokurorun ölkədən çıxışına qadağa qoyulduğu deyilsə də, sonradan Baş Prokurorluq bu xəbəri təkzib etdi.

Dünən günün ikinci yarısında yerli KİV-lər ailə üzvlərinə istinadla Z.Qaralovun Türkiyədə olduğunu yazdılar. Onun müalicə olunmaq üçün qardaş ölkəyə üz tutduğu güman edilir.

Busaat.az xəbər verir ki, “yenisabah.az” Z.Qaralovla bağlı maraqlı məlumatlar əldə edib. Uzun illər onunla çiyin-çiyinə çalışan keçmiş prokurorluq işçilərindən biri bizimlə söhbət zamanı Zakir Qaralovun alkoqollu içkilərə meylli olduğunu təsdiqləyib. Bildirib ki, keçmiş Baş prokuror hələ karyerasının ilk dövründən – ötən əsrin 80-ci illərindən spirtli içkilərin aludəçisi olub. Dəfələrlə inzibati qaydada tənbeh olunmasına baxmayaraq, o, heç vaxt bu vərdişindən əl çəkməyib.

Mənbə deyib ki, bu üzdən Zakir Qaralovla mərhum Baş prokuror Murad Babayev arasında insident baş verib. 1991-ci ilin dekabrında M.Babayev qəbula içkili vəziyyətdə gələn Z.Qaralovu sərt tənbeh edib. Z.Qaralovun reaksiyası sərt və təhqiramiz tonda olduğundan Baş prokuror ona fiziki təzyiq göstərib.

Qeyd edək ki, bu hadisədən sonra Zakir Qaralov işdən çıxarılaraq sərəncama götürülüb. O, yalnız Murad Babayev vəzifəsini itirəndən sonra işinə bərpa olunmağa müvəffəq olub. Zakir Qaralov – Murad Babayev qarşıdurması ikinci dünyasını dəyişənədək davam edib. Mənbənin dediyinə görə, Z.Qaralov M.Babayevin ona əl qaldırmasını heç vaxt bağışlamayıb. O, 2000-ci ildə Baş prokuror təyin olunarkən ilk işi M.Babayevin prokurorluqdakı adamlarından qisas almaq olub. 2000-ci ilin mayında Zakir Qaralovun əmri ilə Murad Babayevə yaxınlığı ilə tanınan 17 nəfər prokurorluq orqanlarından xaric edilib.

Amma bununla da Z.Qaralovun ürəyi soyumayıb. 2013-cü ilin yanvarında M.Babayev dünyasını dəyişəndə Z.Qaralov onun dəfn mərasiminə qatılmaqdan imtina edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85016