Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 047 $▼6.12%
  • Ethereum1 764 $▼8.49%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zaporojye AES-in təhlükəsizlik planının hazırlanması son mərhələdədir - Lixaçev

image-47660746_0_151_1600_1051_1920x0_80_0_0_3be01c0b81ecdec020c52d10bfef0b11-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

MAQATE Zaporojye AES-in təhlükəsizlik planının hazırlanmasının son mərhələsindədir.

Busaat.az xəbər verir ki, bu barədə  “Rosatom”un baş direktoru Aleksey Lixaçev bildirib.

Bundan əvvəl Lixaçev Pekində MAQATE-nin baş direktoru Rafael Qrossi ilə Zaporojye AES-də təhlükəsizlik məsələlərini müzakirə edib.

“Biz baş verənlərlə bağlı qiymətləndirmələri mübadilə edəndə, birgə planları tənzimləyəndə, digər tərəfdən də başa düşürük ki, MAQATE və Qrossinin təmsil etdiyi rəhbərlik plan hazırlamağın son mərhələsindədir”, – Lixaçev deyib.

O, qeyd edib ki, Rosatom MAQATE-nin Zaporojye AES-in təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hərəkətlərini dəstəkləyir.

Qeyd edək ki, Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110814