Zaqatalada 64 nəfər qızılcaya yoluxdu

image-1700226356_fb377726-ce1b-37e9-a873-7802420b1431_850backend

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

TƏBİB-dən Busaat.az-a bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir: “Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki