
Zaqatalada qardaş 44 yaşlı bacısını qətlə yetirdi
Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü Natavan Mövlud qızı Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.























