Zaqatalada kişi qadını üç bıçaq zərbəsi ilə qətlə yetirib.
Busaat.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əli Səfərov Aygün Həşimovanın ikinci həyat yoldaşı olub.
Onlar ayrıldıqdan sonra bir müddət də Bakı şəhərində birlikdə yaşayıblar. Amma aralarında yaranan münaqişələrə görə, A.Həşimova yenidən Zaqatala şəhərinə qayıdıb, burada kafelərin birində işləməyə başlayıb.
Bu gün səhər saatlarında şəhər xəstəxanasının yaxınlığındakı küçədə Ə. Səfərov A.Həşimova ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Səfərov A.Həşimovaya üç bıçaq zərbəsi vurub. Onların səsinə yaxınlıqdakı mühafizə polisi gəlib.
Araşdırmalarla Əli Səfərovun şəhərin Həzi Aslanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.