Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.48 $▲0.82%
  • WTI neft89.15 $▲0.86%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.270 $▼2.24%
  • Qızıl3 899 $▼0.49%
  • Gümüş49.92 $▼0.68%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda594.75 ¢▲0.68%
  • Bitcoin68 729 $▼3.70%
  • Ethereum1 932 $▼4.21%
  • S&P 5007 592▼0.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Zaqataladan TƏCİLİ! İtən turistin atası və qardaşı...

image-1661498022_1657269247_62c7da18ad68962c7da18ad68a165726466462c7da18ad68762c7da18ad688
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Zaqatala dağlarında itkin düşən turistin yaxınları üç aydan sonra Azərbaycanı tərk etmək qərarına gəliblər.

Busaat.az xəbər verir ki, turistin atası Purna Chandra Rao Kondaveeti və qardaşı Dharan Kondaveeti bu gün Zaqatalanı tərk ediblər.

Onlar bu gün Bakıya, oradan da Hindistana gedəcəklər.

Qeyd edək ki, onlar itkin düşən yaxınlarını tapa bilmədikləri üçün Azərbaycanı tərk etmək qərarına gəliblər.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

O itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəlib. Onlar hələ də rayondadırlar.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

100 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.(Lent.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84332