Zelenski Davosda çıxış edəcək

image-zelenski_yybackend

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçiriləcək Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edəcək.

Bu barədə Busaat.az  “Bloomberg”ə istinadən xəbər verir.

Zelenski konfransın açılışı günü – mayın 23-də çıxış edəcək. Tədbirdə şəxsən iştirak edəcək ukraynalı siyasətçilər arasında Baş nazirin müavini Mixail Fedorov və Kiyev meri Vitali Kliçko da olacaq.

Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumu mayın 22-dən 26-dək keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90