Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.03 $▼2.16%
  • WTI neft95.44 $▼1.69%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.857 $▼0.94%
  • Qızıl3 950 $▲0.44%
  • Gümüş49.31 $▼0.58%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda592.00 ¢▼2.19%
  • Bitcoin76 737 $▼0.77%
  • Ethereum2 264 $▼0.34%
  • S&P 5007 569▲0.35%
17°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141

Zelenski parlamentdə Qələbə Planını təqdim edib

image-a8debf14-e719-461e-a353-f1306870b5aa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib.

Busaat.az-ın “insider.ua”ya istinadən məlumatına görə, planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur.

İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.

Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub.

Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.

Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.

Zelenski çıxışında bu təklifi Avropanın təhlükəsizliyinə zəmanət adlandırıb.

“Plan dəstəklənsə, biz gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik”, – Zelenski vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=150336