Zəlzələ bölgələrindən son dəqiqə açıqlamaları: Can itkisi 2316-ya yüksəldi, 13 min 293 yaralı var

image-676421528496647817backend

Milli müdafiə naziri Akar, səhiyyə naziri Koca, enerji və təbii sərvətlər naziri Dönməz və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Kirişçi Hataydakı Fövqəladə Koordinasiya Mərkəzində açıqlama veriblər. AFAD-n Zəlzələ Riskinin Azaldılması şöbəsinin müdiri Orhan Tatar, zəlzələ bölgələrində can itkisinin 2316-ya yüksəldiyini, 13 min 293 yaralının olduğunu açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Tatar deyib: “Hazırda həyatını itirən vətəndaşlarımızın sayı 2316, yaralananların sayı 13 min 293, dağılan binaların sayı 6 min 217-dir. Bir daha həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik. Digər tərəfdən, intensiv axtarış-xilasetmə işləri davam edir. Nazirlərimiz bölgədədir. Bölgəyə göndərilən personalın sayı 10 min 176-ya yüksəlib. Heyət sayı durmadan artır. Bölgəyə 10 min 409 könüllü dəstək qrupları göndərilib. Biz bir millətik. Belə çətin günlərdə bir cəmiyyət olaraq çox gözəl bir araya gəlməyi bacaran həmrəylik mədəniyyətiyik. AFAD-ın internet saytında müxtəlif banklar vasitəsilə belə fəlakətli dövrlərdə ianə hesabları var. Bölgəyə 350 milyon TL təcili yardım göndərilib ki, bunun da 100 milyon TL-si AFAD-dandır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki