Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 163 $▲1.64%
  • Ethereum1 823 $▲3.09%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Son dəqiqə

Zəlzələyə görə bəzi məktəblərdə şagirdlər evə buraxılır

image-mekteb_copy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi, bu gün səhər saatlarında Azərbaycanda güclü zəlzələ baş verib.

Busaat.az xəbər verir ki, zəlzələ məktəblərdə dərs saatlarının başlaması ərəfəsinə təsadüf edib.

Bundan sonra bəzi məktəblərdə şagirdlər evə yola salınıb.

Bu addımın uşaqlar arasında təşviş yaranmaması, onların özünü narahat hiss etməməsi səbəbindən atılması bildirilib. Bir neçə məktəbdə isə dərslər proqrama uyğun olaraq davam etdirilir.

Qeyd edək ki, maqnitudası 5,6 olan zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.

Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.

Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129958