“Zenit” “Bayer”in iranlı hücumçusuna mövsümdə 3 milyon avro ödəməyə hazırdır

image-serdar-azmunbackend

“Zenit”in nümayəndələri “Bayer”in hücumçusu Serdar Azmunla əlaqə saxlayıblar.

Busaat.az xəbər verir ki, bu barədə Sport24 məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Zenit” Azmuna mövsüm başına 3 milyon avro maaş təklif etməyə hazırdır.

Daha əvvəl mətbuatda “Zenit”in Azmunun transferi ilə bağlı “Bayer”lə danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Peterburqluların iranlı hücumçunun qaytarılması üçün 5 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Avqustun əvvəlində Serdar zədələndi və 6-8 həftə müddətinə yaşıl meydanlardan kənarda qaldı.

28 yaşlı hücumçu ötən mövsüm “Bayer Leverkuzen”in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. İranlının klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Azmun 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında İran millisinin heyətində üç oyunda iştirak edib.
[18/08, 13:56] Nigar Məmmədova: Mənbə: “Zenit” Azmun-a mövsümdə 3 milyon avro ödəməyə hazırdır

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki