“Zirə” minifubol üzrə Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanıb – YENİLƏNİB-2

image-zire-fkbackend

Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Busaat.az xəbər verir ki, Azərbaycan təmsilçisi pley-offda Slovakiyanın “Hidrokres Preşov” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “Zirə” 1/8 finala vəsiqə qazanıb. Daha əvvəl “Birbaşa Bakı” qrup lideri kimi mərhələ adlayıb.

07.09.2023.17:47

Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

Busaat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bolqarıstan “Terra Trak”ına 0:2 hesabı ilə uduzub.

“Zirə” ilk matçında Ukraynanın “Andezit” kollektivinə yenilmişdi – 0:1.

12:55

Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ilk oyununa çıxıb.

Busaat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın “Andezit” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

“Zirə” bu gün Bolqarıstan “Terra Trak”ı ilə də münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.

Qeyd edək ki, “Birbaşa Bakı” da iki görüş keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki