Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Ziya Məmmədov oğlunun Britaniyadakı restoranından DANIŞDI: "onu gizləmək mümkün deyil"

image-1094598
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir neçə gün öncə bloger Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşıb.Həmçinin jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsinə sahib olduğunu da açıqlayıb.

Busaat.az bildiir ki, Manset.az sözügedən məsələ ilə bağlı Ziya Məmmədovla əlaqə saxlayıb. O, yazılanların həqiqətəuyğun olmadığını bildirib:

“O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95404