Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Analitika

Lavrov niyə Qarabağla bağlı verilən suallardan yayındı? - ŞƏRH

image-l-0x1wh-786x458z-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Lavrovun erməni xisləti üzə çıxır və məsələnin üzərindən keçir”.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətləri fonunda Qarabağla bağlı verilən suallardan yayınması barədə fikirlərini bildirən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın xarici siyasət fəaliyyətini yerinə yetirir:

image-elsad_hesenov_-1

“Lavrovun milliyətcə erməni olduğunu unutmaq olmaz. Gərgin Rusiya-Ermənistan münasibətlərinə baxmayaraq, Lavrov Ermənistana dəstək olmaq istəyir. Son çıxışları ilə Ermənistanı düz yola çəkməyə çalışır. Ermənistanın Avropa İttifaqını ölkəyə gətirməsi, Qərbə yaxınlıq göstərməsi Rusiyaya güvənmədiklərinin göstəricisidir. Avropa İttifaqı isə Ermənistanın Rusiya ilə əlaqələrini tamamilə kəsməsini istəyir. Eynisini Rusiya Ermənistandan istəyir. Yəni Ermənistanın Qərblə yaxınlaşmağa göstərdiyi cəhdləri sonlandırmağı tələb edir. Ermənistan hazırda iki köz arasında qalıb. Ermənistanın dövlət kimi varlığının səbəbi Rusiyadır. Vətən müharibəsində Rusiyanın xahişi ilə Xankəndiyə girmədik və üçtərəfli bəyannaməni qəbul etdik. Bu bəyannamə ilə Ermənistan üzərinə götürdüyü əsas iki öhdəliyi – Qarabağda qalan hərbi birləşmələrin bölgədən çıxarılması, Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması öhdəliklərini yerinə yetirmək istəmir”.

Politoloq Lavrovun suallardan yayınmasını belə izah edib: “Görünür Ermənistan Qərbə sığınır, erməni əhalidə anti-Rusiya təbliğatı güclənir. Ermənistanın Rusiyadan qopmaq istəyi asan başa gələcək məsələ deyil. Lavrov bu səbəbdən Qarabağla bağlı verilən suallardan yayındı. Səbəb olaraq isə bizim tələblərimizin bəyannamdə yer almadığını göstərdi. Bəs bəyannamədə göstərilən hər şey tam yerinə yetirilirmi? Axı bəyannamənin imzalanmasında Rusiyanın birbaşa vasitəçiliyi var. Etsinlər də, niyə etmirlər? Burada Lavrovun erməni xisləti üzə çıxır və məsələnin üzərindən keçir. Rusiya-Azərbaycan münasibətləri yaxşı səviyyədədir. Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Lakin Rusiya-Ermənistan münasibətləri getdikcə gərginləşir. Belə davam edərsə Rusiyanın İrəvana silahlı müdaxiləsi gözləniləndir”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102480