Hərbçilərə general rütbələri təqdim edildi – Fotolar

image-herb-1backend

İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyindən (MN) Busaat.az-a verilən məlumata görə, hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki