13 yaşlı qızı zorlayan oğlanın atasından dəhşətə gətirən təklif – VİDEO

image-999739backend

Ankarada 13 yaşlını zorlayan şəxslə bağlı qalmaqal hər kəsi şoka salıb. Məlumata görə, təcavüzkar məhkəməyə ilkin ifadəsində ona böhtan atıldığını iddia edib. Bu səbəbədən də sərbəst buraxılıb.  Lakin görüntülər üzə çıxandan sonra barəsində yenidən həbs qətimkan tədbiri seçilib. Bu zaman onun atası qızın ailəsinə qalmaqallı təklif edib. “Qızın 18 yaşı tamam olanda evləndirəcəyik, işi bağlayaq” deyib.

Busaat.az  türk mediasına istinadən xəbər verir ki, 22 yaşlı şəxs sərxoş halda 8-ci sinif şagirdinə spirtli içki içirdib. Sonra N.Y.-nı qucağına alaraq maşınına mindirərək Mamakdakı evinə aparıb və zorlayıb.

Hadisədən 10 gün sonra qız ailəsinə oğlanın ona təcavüz etdiyini, əgər bu barədə kiməsə deyərsə öldürməklə hədələdiyini deyib. Bundan sonra ailə polis bölməsinə gedərək şərti adı F.A. olan şəxsə qarşı şikayət ərizəsi yazıb. Şübhəlinin tez bir zamanda tutularaq ən ağır cəza ilə mühakimə olunmasını istədiklərini deyən vəkil qızın ailəsinə psixoloji dəstək verməli olduğunu da bildirib.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90