Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.81 $▲1.13%
  • WTI neft88.77 $▲0.98%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 841 $▼0.83%
  • Gümüş47.20 $▼0.64%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼0.13%
  • Bitcoin64 324 $▼1.52%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

140 mindən çox insan Qarabağa geri dönəcək - Prezident

image-xankendi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində bildirilib.

Müraciətində on il əvvəl də Bakıda İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransının keçirilməəsinin əlamətdar hal olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Burada qəbul edilən “Çərçivə sənədi”nə əsasən əmək, miqrasiya və sosial müdafiə sahələrində təcrübə mübadiləsinə dair gələcək prioritetlər müəyyən olunmuşdur. Konfrans çərçivəsində, mənzil-qərargahı Bakıda olmaqla İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsü tərəfimdən irəli sürülmüşdü və bu təşəbbüsü üzv ölkələr yekdilliklə dəstəkləmişlər. Ötən dövrdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Mərkəzin üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacağına əminəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128737