15 yaşlı Əli Şabanovun ölümü ilə bağlı cinayət işi başlanıldı

image-elisabanbackend

Bakıda 15 yaşlı Əli Şabanovun binanın fasadından qopan daşın üzərinə düşməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Busaat.az  xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlu üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90