18 yaşlı oğlanın “tok” vurub ölməsi ilə bağlı araşdırma aparılır

image-1646745490_987ff197054f137d8ee34cdc3865944cbackend

Vətəndaşın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Busaat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, martın 10-u saat 18 radələrində 2006-cı il təvəllüdlü Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Diqqətə çatdırılıb ki, ilkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90