Trampın  təhdidlərinə görə  Danimarkanın baş naziri görüş çağırdı

image-1backend
image-ad_qayo_720x110px

Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Qrenlandiya mövzusunun da müzakirə olunduğu söhbətdən sonra yanvarın 16-da Danimarka işgüzar dairələrinin liderləri ilə görüş çağırıb.

Busaat.az xəbər verir ki , bu barədə “Reuters” agentliyi məlumat yayıb.Tramp bəyan edib ki, Danimarkanın yarı muxtar ərazisi olan Qrenlandiya üzərində nəzarətin yaradılması ABŞ üçün “mütləq zərurətdir”. Tramp həmçinin Qrenlandiyanı ələ keçirmək üçün hərbi və ya iqtisadi vasitələrdən istifadəni də istisna etməyib. Frederiksen Trampla 45 dəqiqəlik telefon danışığı zamanı bildirib ki, Qrenlandiya öz gələcəyinə qərar verməlidir və Danimarka Arktikada təhlükəsizliyi gücləndirmək üçün daha çox şey etməyə hazırdır. Frederiksen Danimarka şirkətlərinin ABŞ-da iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini, Aİ və Vaşinqtonun ticarət həcminin artırılmasında ortaq marağın olduğunu qeyd edib.Söhbətdən sonra Danimarkanın baş naziri yerli mətbuata açıqlamasında ABŞ-ın Qrenlandiya ilə həqiqətən maraqlandığını deyib.Öz növbəsində Danimarkanın xarici işlər naziri Lars Rasmussen yanvarın 16-da parlamentin Xarici siyasət komitəsinin üzvləri ilə görüş təyin edib.Keçmişdə Tramp Qrenlandiyanı ABŞ-ın tərkibinə daxil etmək istəyini bildirmişdi, çünki bu, Vaşinqtonun milli maraqlarına uyğun olardı. Bu məqsədə çatmaq üçün hərbi gücdən istifadənin istisna edilməməsi Danimarkada və digər Avropa ölkələrində narahatlıq yaradıb. Qrenlandiya hakimiyyəti isə öz növbəsində bəyan edib ki, gələcəkdə Kopenhagendən müstəqil olmağa çalışırlar, lakin ABŞ-ın bir hissəsi olmaq istəmirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki