
23 yaşlı milyarder klub sahibi oldu
“Sanderlend”in sahibi dəyişib.
Busaat.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Billdirilib ki, klubun sahibi 23 yaşlı Kirill Lui-Dreyfus olub.
Qeyd edək ki, Kirill “Adidas”ın 2009-cu ildə vəfat edən baş direktoru Robert Lui-Dreyfusun üç oğlundan biridir. Onların milyardlarla dollar sərvəti olduğu bildirilir.























