258-ci saatda MÖCÜZƏ: Dağıntılar altında qalan Neslihan xilas edildi – FOTO

image-zelzele-turkiyebackend

Kahramanmaraşda binanın dağıntıları altında qalan qadın zəlzələnin 258-ci saatında yaralı halda xilas edilib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ebrar Apartmanının dağıntıları üzərində işləyən qruplar bir nəfərin sağ olduğunu müəyyən edib.

Xilasetmə qrupları gərgin işdən sonra 42 yaşlı Neslihan Kılıçı xilas edə bilib.

Zəlzələnin 258-ci saatında dağıntılar altından çıxarılan Kılıç təcili yardımla xəstəxanaya aparılıb.

 

image-aa-20230216-30329937-30329936-kahramanmarasta_enkaz_altinda_kalan_kadin_depremin_258_saatinde_kurtarildi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki