“COVID”ə görə hökuməti tənqid edən  jurnalistə 4 il iş verildi

“COVID”ə görə hökuməti tənqid edən  jurnalistə 4 il iş verildibackend

Koronavirusla bağlı xəbərlər yazan Çinin tanınmış jurnalisti Cang Cana hökm oxunub.

Busaat.az  xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Şanxay məhkəməsi 37 yaşlı mətbuat işçisini xalqı provakasiyaya çəkməkdə ittiham edir.

Jurnalistin vəkili Cang Keke açıqlamasında müvəkkilinin koronavirus tədbirləri barədə tez-tez məqalə yazdığını, hökuməti tənqid etdiyini vurğulayıb. Bildirilib ki, media nümayəndəsi may ayında saxlanılıb və bir neçə aydır aclıq aksiyası keçirir.

Hətta səhhəti pisləşən Cang məhkəməyə təkərli oturacaqla gəlib. Hakim etirazlara baxmayaraq jurnalistin 4 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90