Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.94 $▼3.46%
  • WTI neft88.27 $▼3.33%
  • Avropa qazı (TTF)83.98 €▼1.88%
  • Təbii qaz (ABŞ)3.014 $▼0.30%
  • Qızıl4 117 $▼0.39%
  • Gümüş52.71 $▼0.77%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda587.75 ¢▼0.63%
  • Bitcoin74 417 $▼0.41%
  • Ethereum2 117 $▼0.39%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hadisə

3 ildir təhvil verilən MİDA binası küləyə tab gətirmədi - VİDEO

image-mida
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb.

Sfera.az xəbər verir ki, artıq 3 ildir istismara verilmiş binada ciddi təhlükəsizlik problemi qeydə alınıb. Belə ki, MİDA-2 Yaşayış Kompleksinin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri nəticəsində qoparaq bina ərazisinə səpələnib.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin qopan üzlük hissələrinin avtomobillərin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitələrindən birinə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, hadisə daha ağır nəticələrə yol aça bilərdi və bu cür vəziyyət xüsusilə küləkli havalarda ərazidə yaşayan insanlar üçün real təhlükə yaradır.

Yaşayış kompleksində yaşayan vətəndaşlar bildirirlər ki, bina nisbətən yeni olmasına baxmayaraq, fasad elementlərinin bu qədər qısa müddətdə sıradan çıxması tikintinin keyfiyyəti və təhlükəsizlik standartlarına əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur. Onların sözlərinə görə, oxşar problemlərin digər binalarda da baş vermə ehtimalı narahatlıq yaradır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili araşdırma aparmasını, binanın texniki vəziyyətinin yoxlanılmasını və mümkün risklərin aradan qaldırılmasını tələb edirlər.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar Mənzil İnşaat Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi və açıqlaması olduğu təqdirdə, tərəfimizdən ictimaiyyətə təqdim ediləcək.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179904