Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.50 $▲1.17%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.288 $▲2.33%
  • Qızıl4 052 $▼1.78%
  • Gümüş52.32 $▼1.75%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.25 ¢▲0.76%
  • Bitcoin73 591 $▼0.15%
  • Ethereum2 063 $▲0.60%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

“4 minə yaxın şəhid ailəsi üzvü və qazi təklif olunan işlərdən imtina edib”

image-sex
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bu il 16700 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, agentlik 4 min şəxsin keyfiyyətli peşə kurslarına cəlb edilməsini hədəf kimi qarşıya qoyub: “Növbəti il üçün hədəf isə 7 minin üzərindədir”.

M. Abbasbəyli əlavə edib ki, müharibə bitdikdən sonra Prezidentin göstərişi ilə ƏƏSMN tərəfindən tədbirlər planı hazırlanıb: “Şəhid ailələrini işlə təmin etməyə başladıq. Kvota ilə əhatə olunan kontingent genişləndirilməyə başlanıldı. Bu daha çox əlilləri, o cümlədən müharibə əlillərini əhatə edir. Bu kvota 80 minə çatdırılacaq”.

Agentlik sədri bildirib ki, dörd minə yaxın şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79106