400 milyonluq peyvənd sifarişi – Bu firmadan alınacaqbackend

Avropa İttifaqı “AstraZeneca” firması ilə COVİD-19 peyvəndinin satışına dair razılaşma əldə edib.

Busaat.az  xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, firma tərəfindən hazırlanan peyvəndin effektiv və təhlükəsizliyinin təsdiqlənməsindən sonra Aİ ölkələri adına 300 milyon ədəd peyvənd alınacaq. 100 milyon əlavə sifariş seçimi də qüvvədə olacaq.

Açıqlamada peyvənd işləri davam edən “Sanofi-GSK” və “Johnson & Johnson” firması ilə də müzakirələrin aparıldığı qeyd olunub.

Qeyd edək ki, firma İngiltərədə fəaliyyət göstərir. Oksford Universittei və Cenner İnstitutunun birgə ərsəyə gətiediyi və istehsal lisenziyası “AstraZeneca” tərəfindən alınan “ChAdOx1 nCoV-19” adlı peyvənd aprel ayının sonunda Braziliyada testdən keçirilmişdi.