Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb.
Busaat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 9 illik təhsil icbari olduğundan həmin müddətdə ciddi pozuntu olmayıbsa, kənarlaşdırılma yolverilməzdir: “Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb və ciddi xəbərdarlıqlar edilib. Monitorinq sırf davamiyyətlə bağlı olmayıb, sadəcə, həmin müddətdə buna da fikir verilib”.