69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

image-qeza-19-jpg-1728985108backend

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Busaat.az xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kənd ərazisində qeydə alınıb.

Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi “UAZ” markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.

69 yaşlı Q.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki