7 ildən sonra ilk: Yaponiya sahillərində beynəlxalq parad keçirildi

image-10674779076598740811backend

 Yaponiyanın Kanaqava əyalətində yerləşən Saqami körfəzi sahillərində 12 ölkənin donanmasının iştirak etdiyi beynəlxalq parad keçirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Kyodo agentliyi verib.

Xəbərlərə əsasən Şimali Koreyanın raket sınaqları, eləcə də ABŞ və Cənubi Koreyanın hərbi təlimləri ilə gərginliyin artdığı bölgədə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri 7 ildən sonra ilk dəfə beynəlxalq donanma paradına ev sahibliyi edib.

Mərasimdə ABŞ, Kanada, Avstraliya, Cənubi Koreya və Hindistan da daxil olmaqla 12 ölkədən 18 gəmi və 6 döyüş təyyarəsi iştirak edib.

“Şimali Koreya “İzumo” helikopter daşıyan freqatında qitələrarası ballistik raket də daxil olmaqla bir neçə raket sınağı keçirib. Raketlərdən biri Yaponiya üzərindən keçib. Pxenyanın raket və nüvə inkişafına göz yunmaq olmaz. Beləliklə, Şərqi Çin dənizi və Cənubi Çin dənizi də daxil olmaqla ölkə ətrafında təhlükəsizlik vəziyyəti sürətlə pisləşir. Ukraynanın işğalı vəziyyətin güc yolu ilə dəyişdirilməsinə nümunədir. Mövcud vəziyyəti güc yolu ilə dəyişdirmək üçün birtərəfli cəhdlərə dünyanın heç bir yerində dözmək olmaz” – deyə, Yaponiya Baş naziri Fumio Kişida bildirib.

Sözügedən parad raket sınaqlarını davam etdirən Şimali Koreyaya qarşı birlik nümayişi kimi qiymətləndirlib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya bundan əvvəl baş tutan və Oktyabrın 4-də başa çatması planlaşdırılan təlimləri Şimali Koreyanın raket sınaqlarının intensivləşməsindən sonra genişləndirərək davam etdirməyə qərar verib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90