Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.63 $▲0.21%
  • WTI neft86.42 $▼0.25%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.245 $▼1.40%
  • Qızıl3 994 $▼1.47%
  • Gümüş51.68 $▼1.60%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin74 444 $▲1.01%
  • Ethereum2 078 $▲1.33%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

"ABŞ bu addımı atsa, "Azadlıq" heykəlini söksün" - Culian Assancın taleyi necə olacaq?

image-thumb600x0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Meksika Prezidenti Andres Manuel Lopez Obrador “Vikiliks” saytının qurucusu Culian Assancın ABŞ-a ekstradisiya edilərək mühakimə olunacağı təqdirdə, Nyu-Yorkdakı “Azadlıq” heykəlinin sökülməsinə çağırış edəcəyini bildirib.

Busaat.az  xəbər verir ki, Obrador Assancın Amerikaya göndərilməsinin qarşısını almaq üçün cəhdlər edəcəyini söyləyib.

“Əgər o, ABŞ-a aparılıb, maksimum müddətə həbs cəzasına məhkum edilərsə, Nyu-Yorkda yerləşən fransızların bağışladığı “Azadlıq” heykəlinin sökülməsi kampaniyasına başlamalıyıq. Çünki bu halda o, artıq azadlığın simvolu olmayacaq”, – Meksika lideri deyib.

Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Co Baydenlə danışıqlarda müzakirə etmək niyyətindədir. O, bundan əvvəl keçmiş həmkarı Donald Trampa əfv üçün müraciət etdiyini xatırladıb.

İyunun 17-də Böyük Britaniya Daxili İşlər Nazirliyi Assancın ABŞ-a ekstradisiya edilməsi barədə qərar qəbul edib. Məhkəmə ekstradisiyanın repressiv və ədalətsiz addım olmadığı qənaətinə gəldiyini açıqlayıb.

Assanc iyulun 1-də ekstradisiya qərarından apellyasiya şikayəti verib.

Assanc müxtəlif dövlətlərin, o cümlədən ABŞ hökumətinin məxfi materiallarının dərci ilə bağlı məşhurlaşıb. ABŞ-da onu məxfi məlumatları yaydığına görə 175 ilə qədər həbs gözləyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80886