Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.55 $▼3.16%
  • WTI neft82.56 $▼2.57%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.374 $▲6.70%
  • Qızıl3 745 $▼1.10%
  • Gümüş45.27 $▼1.18%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.25 ¢▼2.97%
  • Bitcoin62 620 $▲0.62%
  • Ethereum1 773 $▲0.61%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

ABŞ-da CNN qarşısında etiraz aksiyası keçirilib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Corciya Ştatında Atlantada Azərbaycan İcmasının təşəbbüsü ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı CNN-nin qərargahı qarşısında etiraz aksiyası keçirilib.

Busaat.az xəbər verir ki, aksiyada Atlanta ilə yanaşı, ABŞ-ın Virciniya, Alabama, Şimali Karolina ştatlarında yaşayan azərbaycanlılar da iştirak edib.

Aksiya zamanı çıxış edənlər Ermənistan ordusunun törətdiyi qanlı terror aktları nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanmasını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Bununla yanaşı, aksiya iştirakçıları CNN-dən işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktları haqqında məlumatları yayarkən ədalətli olmağı tələb ediblər.

Aksiyada ABŞ-dakı Azərbaycan icması ilə yanaşı, Ahıska türklərinin və qazax icmasının nümayəndələri də iştirak edib. Azərbaycan, Türkiyə və Qazaxıstan bayraqlarının dalğalandığı aksiyada “Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun”, “ CNN, həqiqəti işıqlandır”, “ CNN ədalətli ol, Ermənistanın təcavüzünü inkar etmə”, “Erməni terrorunu dayandırın!”, “Qarabağ Azərbaycandır!” və sair şüarlar səsləndirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=21761