
ABŞ-da qaradərili hərbi komandan təyin edildi - İLK DƏFƏ
ABŞ Senatı afroamerikalı Corc Floydun ölumündən sonra başlanan etirazlar fonunda qaradərili generalın Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə namizədinliyini təsdiqləyib.
Busaat.az xəbər verir ki, beləliklə ölkə tarixində ilk dəfə bir qaradərili general hərbi komandan olaraq fəaliyyət göstərəcək. ABŞ Prezidenti Donald Trampın Hərbi Hava Qüvvələrinin komandanı olmağa namizəd göstərdiyi ordu generalı Çarlz Braun Senatdan tam dəstək alıb. 98 senatorun hamısı təyinatın lehinə səs verib.
Sözügedən hadisə ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı səbəbindən ölməsindən sonra başlayan iğtişaşlar fonunda diqqət çəkib. Qeyd edək ki, bu vaxta qədər Braun ABŞ-ın Hind-Sakit Okean Hava Qüvvələrinin komandiri vəzifəsini icra edib.
ABŞ prezidenti Donald Tramp yeni qərargah rəisinin namizədliyinin Konqres tərəfindən rəsmi təsdiqlənməsindən əvvəl təbrik edib:
“ABŞ-ın ilk afroamerikan hərbi komandanı olaraq ordu generalı Çarlz Braunun Hava Qüvvələrinin Komandanlığına təyinatı qərarım Senatda təsdiqləndi. ABŞ üçün tarixi bir gündür. Böyük vətənpərvər və lider olan Braunla yaxından çalışacağım üçün həyəcanlıyam”.























