
ABŞ-də orta məktəbdə atışma olub: 1 şagird ölüb
ABŞ-nin Luiziana ştatında orta məktəbdə atışma olub, silahlı insident nəticəsində bir şagird ölüb.
Busaat.az-ın məlumatına görə, bu barədə polis rəsmiləri məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 15:00-da Helena Kolleci və Karyera Akademiyasında atışma baş verib.
Hadisə nəticəsində 1 şagird həyatını itirib, 2-si xəsarət alıb. Yaralalılar dərhal xəstəxanaya yerləşdirilib.
Polis rəsmiləri hücumçunun məktəbin şagirdi olduğunu və onun saxlanıldığını açıqlayıb.
ABŞ-dakı son məlumatlara görə, 2023-cü ildə ölkədə 11 mindən çox silahlı hücumda 25 mindən çox insan həyatını itirib.























