ABŞ-dən Türkiyə açıqlaması: “Seçkilərdə tərəf tutmuruq”

image-vedant-patelbackend

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel gündəlik mətbuat brifinqində Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı sualları cavablandırıb.

Busaat.az xəbər verir ki, seçkilərin nəticəsinin ikitərəfli münasibətlərə təsir etməyəcəyini deyən Patel ABŞ-nin Türkiyədəki seçkilərdə “tərəf tutmadığını” vurğulayıb.

ABŞ-nin Türkiyənin müttəfiqi və ortağı olduğunu qeyd edən Patel deyib:

“Qarşıdan gələn seçkiləri yaxından izləyəcəyik. Ortaq prioritetlər ətrafında əməkdaşlığımızı dərinləşdirmək üçün türk xalqının seçdiyi hökumətlə işləməyə davam edəcəyik”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90