ABŞ Dövlət Departamenti dron insidentinə görə Rusiya səfirini çağırdı

image-rusiya-absbackend

ABŞ Dövlət Departamenti Rusiya səfiri Anatoli Antonovu ABŞ pilotsuz təyyarəsinin Rusiya təyyarəsi tərəfindən Qara dəniz üzərində vurulması ilə bağlı Agentliyə çağırıb.

Busaat.az xəbər verir ki, bunu Agentliyin sözçüsü Ned Prays bildirib.

O, mətbuat konfransında deyib ki, Dövlət Departamenti Rusiya təyyarəsinin təhlükəli və qeyri-peşəkar müdaxiləsi ilə bağlı sərt etirazlarını bildirmək üçün Rusiya ilə yüksək səviyyədə məşğul olub.

Prays bildirib ki, ABŞ səfiri Lin Treysi Moskvada baş vermiş insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə mesaj çatdırıb.

Mətbuat katibi bildirib ki, Dövlət Departamenti səfir Antonovla görüşün yaxın zamanlarda baş tutacağını gözləyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki