ABŞ əsgərlərinin olduğu baza raket atəşinə tutuldu

image-ayn-al-asadbackend

İraqın Ənbar vilayətində yerləşən və ABŞ hərbçiləri tərəfindən istifadə edilən Ayn-əl-Əsəd hərbi bazası raket atəşinə tutulub.

Busaat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı İraqın təhlükəsizlik mənbələrinə istinadən məlumat verib.

Kanalın məlumatına görə, beynəlxalq koalisiya ordusunun bazasının yaxınlığına 10 raket düşüb. Hadisənin digər təfərrüatları araşdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90